Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Nemətabad kəndində şəhidlərin xatirəsi əbədiləşdirildi.

24 sentyabr 2021 | 11:00

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi Ağdaş rayonunda da dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur.
24 sentyabr 2021-ci il tarixdə rayonun Aşağı Nemətabad kəndindən olan Birinci və İkinci Qarabağ Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan döyüşçülərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi keçirilib.
Açılış mərasimində rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin  nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri, yaxınları  iştirak etməklə, çıxış etmişlər.
Tədbirdə məktəblilərin ifasında bədii kompozisiya təqdim edilib, şəhidlərin ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad olunub.
Allah rəhmət eləsin!

Keçidlər