Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anıldı.

01 may 2021 | 11:00

1 may 2021-ci il tarixdə Vətən müharibəsi şəhidi Səlimzadə Ramil Raqif oğlunun əziz xatirəsi ehtiramla yad edilmişdir.
Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, məktəblilər və doğmaları tərəfindən şəhidin məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuşdur.
Qeyd edək ki, şəhid Səlimzadə Ramil Raqif oğlu 1 may 1995-ci il tarixdə Yuxarı Ağcayazı kəndində anadan olub, 15 oktyabr 2020-ci il tarixdə Yuxarı Ağcayazı kənd qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”  medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!

Keçidlər