Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov növbəti səyyar görüş keçirdi.

28 noyabr 2019 | 11:00

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov təsdiq olunmuş qrafikə uyğun olaraq Bulaqotağı  kənd sakinləri ilə görüş keçirdi. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Bulaqotağı və Yuxarı Qəsil kənd sakinləri iştirak edirdilər.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək dövlət başçısı İlham Əliyev cənablarının apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın hər bir regionunda olduğu kimi Ağdaş rayonunda da sosial-iqtisadi və infrastruktur layihələrin həyata keçirilməsi sahəsində xeyli işlər görüldüyünü qeyd etdi. Rayon rəhbəri həmçinin qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən də ətraflı danışıb.
Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.

Keçidlər