Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Bayraq Yürüşü keçirildi.

08 noyabr 2019 | 11:00

8 noyabr 2019-cu il tarixdə saat 11:00-dan başlayaraq şəhərin Azadlıq meydanından Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Dövlət Bayrağı meydanına doğru izdihamlı  “Bayraq Yürüşü” keçirildi.
Yürüşdə rayonun fəal yeniyetmə və gəncləri, təhsil müəssisələrinin yuxarı sinif şagirdləri, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Bayraqdarlar tərəfindən Azərbaycanın Dövlət Bayrağı ön sırada olmaqla,  hər bir iştirakçının əlində kiçik bayraqlar, eyni zamanda  bayrağın rənglərini özündə əks etdirən şarlar aparılırdı.
İştirakçılar tərəfindən şəhərin Heydər Əliyev prospekti boyunca vətənpərvərlik şüarları səsləndirildi.
Yürüş iştirakçıları Dövlət Bayrağı meydanına daxil olduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə vətənpərvərlik ruhunda musiqi nümunələri səsləndirildi.
Qeyd edək ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması istiqamətində tədbirlərin  kütləviliyinin daha da artırılmasını təmin etməkdən ibarətdir.

Keçidlər