Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Beynəlxalq Müəllimlər gününə həsr olunan tədbir keçirildi.

04 oktyabr 2019 | 11:00

Ağdaşda Beynəlxalq Müəllimlər gününə həsr olunan tədbir keçirildi.

4 oktyabr 2019-cu il tarixdə M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyada Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbir keçirildi.
Tədbirdə rayonun təhsil müəssisələrində çalışan qabaqcıl müəllimlər, hazırda təqaüddə olan qocaman müəllimlər,  rəhbər təhsil işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Tədbirdən öncə iştirakçılar tərəfindən ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin  abidəsi ziyarət olunmuş, abidənin önünə tər güllər  düzülmüşdür. 
Çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkə Prezidentinin təhsil işçilərinin əməyinin qiymətləndirilməsi istiqamətində imzaladığı sərəncamların təhsilin keyfiyyətinin artmasına  mühüm təsir göstərdiyini diqqətə çatdırmış, təhsil sahəsində aparılan islahatların uğurlu nəticələr verdiyini qeyd etmişlər.
Qeyd edək ki, 2019-cu ildə Beynəlxalq Müəllimlər günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə möhtərəm Prezidentimizin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı ilə  təltif olunan təhsil işçiləri sırasında Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin müəllimi Almaz Ramazanova da vardır.
Tədbir boyunca rayonda təhsilin inkişafında xidmətlərinə görə fərqlənən bir qrup təhsil işçilərinə rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin fəxri fərmanları təqdim edilmişdir.
Tədbir rayonun mədəniyyət kollektivləri və məktəblilərin ifasında bədii-əyləncəli  proqramla başa çatmışdır.

Keçidlər