Xosrov kəndində şəhidin ailəsi ziyarət edildi.
30 oktyabr 2023-cü il tarixində Ağdaş rayonunun Xosrov kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov Kənan Bəhruz oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə bağlı ailəsi ziyarət olunub. Anım tədbirində rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Kərimov, YAP Ağdaş rayon təşkilatının nümayəndəsi, Milli Məclisə 90 saylı seçki dairəsindən seçilmiş deputatın köməkçisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin rayonu üzrə sektorunun Ağdaş əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib. Tədbirdə şəhidin şərəfli döyüş yolundan söhbət açılıb, xatirəsi anılıb, ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.