Vətən Müharibəsi şəhidlərinin ildönümü ilə bağlı ailələri ziyarət olunub.
4 oktyabr 2024-cü il tarixində Ağdaş şəhəri və Ərəbocağı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədzadə Fərid Mehman oğlu və Osmanov Məhəmməd Seymur oğlunun şəhadətə yüksəlməsinin növbəti ildönümü ilə bağlı ailələri ziyarət olunub.
Tədbirlərdə yerli icra strukturları və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbər işçiləri, YAP rayon təşkilatı, rayon Gənclər və idman sektorunun əməkdaşları, şəhid ailələrinin üzvləri, ictimaiyyətin nümayəndələri iştirak edib.
Keçirilən görüşlər zamanı şəhidlərin şərəfli döyüş yolu və qəhrəmanlıqlarından söhbət açılıb, xatirələri anılıb, ruhlarına dualar oxunub. 11 nömrəli şəhər körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında şeirlərdən ibarət kompozisiya təqdim edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!