Vətən Müharibəsi şəhidlərinin ailələri və əlil müharibə iştirakçılarına bayram sovqatları çatdırılıb.
08 aprel 2024 | 12:03
8 aprel 2024-cü il tarixində Ramazan bayramı ərəfəsində Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların ailələri və əlil müharibə iştirakçılarına ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb. Tədbirin əsas məqsədi həssas təbəqədən olan ailələrin Ramazan bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunması və zəruri ehtiyaclarının qarşılanmasıdır. Göstərilən diqqət və qayğıya görə şəhid ailələri və müharibə iştirakçıları ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.