Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Yusif Nəbiyevin xatirəsi anılıb.

10 oktyabr 2024 | 15:21

10 oktyabr 2024-cü il tarixində Ağdaş rayonunun Tatlar kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Nəbiyev Yusif Elton oğlunun şəhadətə yüksəlməsinin növbəti ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib.

Anım tədbirində rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak edib.

Şəhidin əziz xatirəsi dərin ehtiramla anılıb, ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər