Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Xəyal İdrisovun xatirəsi yad edilib.

11 oktyabr 2024 | 15:10

 

11 oktyabr 2024-cü il tarixində Ağdaş rayonunun Ərəbocağı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İdrisov Xəyal İbrahim oğlunun şəhadətə yüksəlməsinin növbəti  ildönümü ilə əlaqədar məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

Sonra şəhidin evində ehsan süfrəsi təşkil olunub.

Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər