Şəhid Siyasət Mustafayevin ildönümü qeyd olunub.
28 sentyabr 2024 | 13:11
28 sentyabr 2024-cü il tarixində Ağdaş rayonunun Pirəyir kəndində şəhid Mustafayev Siyasət Akif oğlunun Vətən Müharibəsində şəhadətə yüksəlməsinin növbəti ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Anım tədbirində rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi və ictimaiyyətin nümayəndələri, şəhidin doğmaları, kənd sakinləri iştirak ediblər. Tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman oğulların ruhlarına dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.