Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Anar İsrəfilovun ailəsi ziyarət olundu.

26 oktyabr 2023 | 16:21

26 okyabr 2023-cü il tarixində Ağdaş rayonunun Orta Ləki kəndində doğulub boya-başa çatmış,  44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan İsrəfilov Anar İsrəfil oğlunun şəhadətə yüksəlməsinin  üçüncü ildönümü ilə bağlı ailəsi ziyarət olunub.  İl mərasimində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib. Tədbirdə zamanı şəhidin şərəfli döyüş yolundan söhbət açılıb, xatirəsi anılıb, ruhuna dualar oxunub.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

 

Keçidlər