Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Vətən Müharibəsi şəhidlərinin ildönümü anılıb.

24 oktyabr 2023 | 16:13

24 okyabr 2023-cü il tarixində Ağdaş şəhəri və Tofiqi kəndində doğulub boya-başa çatmış,  44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov Elvin Eldəniz oğlu və Maxsudov Bəxtiyar Mansur oğlunun şəhadətə yüksəlməsinin  üçüncü ildönümü ilə bağlı ailələri ziyarət olunub. İl mərasimlərində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı, ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib. Yerlərdə keçirilən görüşlər zamanı şəhidlərin şərəfli döyüş yolundan söhbət açılıb, xatirələri anılıb, ruhlarına dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

 

Keçidlər