Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradeyin kəndində şəhidin ailəsi ziyarət edildi.

28 oktyabr 2023 | 13:12

28 okyabr 2023-cü il tarixində Ağdaş rayonunun Qaradeyin kəndində doğulub boya-başa çatmış,  44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan   Abbasov Nemət Elçin  oğlu və kənd qəbiristanlığında uyuyan digər şəhidlərin məzarları ziyarət olunaraq üzərlərinə güllər düzülüb. Daha sonra  şəhid Abbasov Nemət Elçin  oğlunun ailəsi ziyarət olunub. Anım tədbirində rayon İcra Hakimiyyəti aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Firdovsi Məmmədov, YAP Ağdaş rayon təşkilatının nümayəndəsi Pərviz Əhmədov, Milli Məclisə 90 saylı seçki dairəsindən seçilmiş deputatın köməkçisi Rəhman Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı Elçin Hacıyev, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib.

 Tədbirdə şəhidin şərəfli döyüş yolundan söhbət açılıb, xatirəsi anılıb, ruhuna dualar oxunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər