Şriftin ölçüsü :

Saytın rəngi :

Pirəzə kəndində şəhidin doğum günü qeyd olunub.

23 may 2022 | 12:07

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi Ağdaş rayonunda da dərin ehtiramla yad edilir, onların ailə üzvləri dövlətin diqqət və qayğısı ilə əhatə olunur. 22 may 2022-ci il tarixində şəhid Əliyev Mirzalı Əliyar oğlunun adını daşıyan Pirəzə  kənd tam orta məktəbində şəhidin doğum günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, məktəblilər,  şəhidin doğmaları və kənd sakinləri iştirak ediblər. Tədbirdən öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

 

Keçidlər