Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı qeyd olundu.

18 mart 2024 | 18:29

18 mart 2024-cü il tarixində Ağdaş rayonunda Heydər parkında xalqımızın milli bayramlarından biri, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi. Bayram tədbirində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri və rayon sakinləri iştirak edirdi.  Novruzun gəlişi münasibətilə el ağsaqqalı  Dədə Qorqud qədim ənənəyə uyğun olaraq mərkəzi meydana daxil olmuş, iştirakçıları bayram münasibətilə təbrik etmiş, xalqımıza xeyir-duasını, xoş arzularını bildirmiş, daha sonra bayram tonqalı alovlandırılmışdır. Tədbir keçirilən meydanın mərkəzində xalq sənəti nümunələrinin nümayişi təşkil edilmişdir. İştirakçılar “Kəndirbazlar” sirk folklor qrupunun göstərdiyi sirk elementlərinə maraqla tamaşa etdilər. Tədbir boyunca Habil Əliyev adına uşaq musiqi məktəbinin ansamblının  təqdimatında mədəniyyət kollektivlərinin üzvləri tərəfindən bayrama həsr olunan  mahnılardan ibarət musiqi çələngi tamaşaçılarda xoş ovqat yaratdı.

 

Keçidlər