Şriftin ölçüsü :

Saytın rəngi :

M.Şeyxzadə adına Texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyada dəyirmi masa keçirildi.

24 oktyabr 2023 | 17:03

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında dəyirmi masalar və disputlar təşkil olunur. 24 oktyabr 2023-cü il tarixində Ağdaş şəhər M.Şeyxzadə adına Texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyada “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib.  Dəyirmi masada rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi, gimnaziyanın pedaqoji kollektivi iştirak edib. Tədbiri giriş sözü ilə gimnaziyanın direktoru, əməkdar müəllim Şəhla Hacıbalayeva açıb.  Heydər Əliyevin həyat yolu və dövlətçilik  fəaliyyətinin əsas məqamlarını  əks etdirən videoçarx nümayiş etdirilib. Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olan soydaşlarımızın  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra məruzə və çıxışlar dinlənilib,  xalqımızın ümümmilli lideri Heydər Əliyevin xilaskarlıq missiyası barədə söhbət açılıb, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri, o cümlədən təhsilin inkişafına verdiyi töhfələr barəsində müzakirələr aparılıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümünə çevrilmişdir.            Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımızın əzmi və iradəsi sayəsində  böyük həmrəylik nümayiş etdirilərək  qarı düşmənə sarsıdıcı zərbələr endirilmiş, Azərbaycanın tarixinə möhtəşəm Qələbə səhifəsi yazılmışdır.

Keçidlər