Şriftin ölçüsü :

Saytın rəngi :

Ləki dəmir yolu stansiyasının yenidən fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib.

12 iyun 2024 | 17:43

12 iyun 2024-cü il tarixində Ləki dəmir yolu vağzalında tədbir keçirilib. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC məsul əməkdaşları, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə və başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Kərimov iştirak edib. Tədbirin əsas məqsədi “Azərbaycan Dəmir Yolları” QSC iyun ayının 14-dən etibarən İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu qatarları Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verilməsi olub. Qeyd olunub ki, sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə ADY sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında dayanacaq verir. Bu, Ağdaş rayon sakinləri üçün açılan artıq ikinci stansiyadır. Rayon sakinlərinə ayrılan bu komfort qatarlardan istifadə etmək onların rahatlığı üçün əlverişli şərait yaradacaq.

Keçidlər