Şriftin ölçüsü :

Saytın rəngi :

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları Ağdaş rayonuna səfər edib.

25 noyabr 2022 | 17:56

25 noyabr 2022-ci il tarixdə Ağdaş Rayon İcra Hakimiyyətində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov tərəfindən qəbul edilib. Söhbət əsnasında “Rəqəmsal Azərbaycana doğru” layihəsi çərçivəsində keçiriləcək tədbir barədə məlumat verilib və fikir mübadiləsi aparılıb. “Technest” Təqaüd Proqramı çərçivəsində Ağdaşda yaşayan İKT həvəskarları, tədbirə qatılan təhsil müəssisələrinin şagird və tələbələri ilə görüş keçirilib. Təqdimatlarda iştirakçılara “Technest” Təqaüd Proqramında iştirak imkanları, bu sahə üzrə karyera dəstəyi haqqında geniş məlumatlar verilib. Görüş çərçivəsində iştirakçıların təqaüd proqramına cəlb olunması məqsədilə tərəfdaş tədris mərkəzi tərəfindən yerindəcə imtahan keçirilib.

Keçidlər