Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Fondu tərəfindən Ağdaşda tədbirlərə start verilib.

08 iyul 2024 | 12:32

 2024-cü ilin iyul ayının 6-da rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gənclər Fondunun dəstəyi ilə Ağdaş rayonunun Yuxarı Qəsil kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin əlçatanlığının təmin edilməsi məqsədilə  “Səyyar Gənclər Xidməti”  layihəsi  çərçivəsində açıq hava şəraitində təlimlərin keçirilməsinə başlanılıb.

 Tədbirin açılış mərasimində rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova,  idarə, müəssisə və təşkilatların nümayəndələri və rayon gəncləri iştirak ediblər. Tədbir boyunca  əyləncə proqramları təşkil edilərək, gənclər arasında müxtəlif intellektual və idman yarışları təşkil olunub.  Eyni zamanda  tədbirin  təşkilatçıları tərəfindən 5 gün ərzində “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə qarşı dayanıqlılıq”, “Peşə seçimi və karyera” və digər mövzular ətrafında  təlim sessiyaları, robotexnika və incəsənət sahələrində ustad dərsləri təşkil olunacaq, həmçinin, vətənpərvərlik, karyera və rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilməsi nəzərdə tutulub.

Keçidlər