Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Ağdaş şəhərində vətəndaşları qəbul edib

30 avqust 2024 | 17:32

30 avqust 2024-cü il tarixində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Ağdaş şəhərində Ağdaş və Göyçay sakinlərinin qəbulunu həyata keçirib. Əvvəlcə nazir Kəmaləddin Heydərov və rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra nazir tərəfindən Ağdaş Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulu davam etdirilib.

Keçidlər