Şriftin ölçüsü :

Saytın rəngi :

ELAN

19 mart 2024 | 14:16

Həyatdan şəkilə” adlı fotomüsabiqəyə start verilir.

Dövlət Komitəsinin “Ailəm” layihəsi çərçivəsində keçiriləcək fotomüsabiqənin əsas məqsədi ailə institutunun möhkəmləndirilməsi, müsbət ailə dəyərlərinin təbliği istiqamətində fotoşəkillərdən ibarət arxivin yaradılması və cəmiyyət üzvlərinə təqdim edilməsidir.

Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs müxtəlif mövzularda fotoşəkilləri və iştirakçı anketini (link vasitəsi ilə əldə etmək mümkündür) 𝟐𝟕 𝐟𝐞𝐯𝐫𝐚𝐥 𝟐𝟎𝟐𝟒-cü il tarixdən 𝟏 𝐚𝐩𝐫𝐞𝐥 𝟐𝟎𝟐𝟒-cü il tarixədək heyatdan.shekile@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Mövzular:

Milli-mənəvi dəyərlər

Ailə dəyərləri

Adət-ənənələr

Vətənpərvərlik

Sağlam ailə münasibətləri

Ailə mədəniyyəti

Ailələrin asudə vaxtının birgə və səmərəli keçirilməsi

Fotoşəkillərin qəbulu bitdikdən sonra Dövlət Komitəsinin “Facebook” səhifəsində yerəşdiriləcək və izləyicilər tərəfindən ən çox bəyənmə alan ilk 3 fotoşəkil qalib seçiləcək.

-ci yer "Notebook"

-ci yer planşet

-cü yer həvəskar fotoaparat

Qaliblərin elan edilməsi 2024-cü ilin 15 may tarixinə qədər Komitənin sosial media səhifələri vasitəsi ilə həyata keçiriləcək.

Hər kəsi müsabiqədə iştirak etməyə və ailə dəyərlərinin təbliğinə dəstək göstərməyə dəvət edirik.

Təşkilat Komitəsi

: +𝟗𝟗𝟒 𝟓𝟏 𝟐𝟑𝟎 𝟒𝟓 𝟕𝟖

: heyatdan.shekile@gmail.com

http://www.scfwca.gov.az/.../heyatdan-sekile-adli... 

Keçidlər