Şriftin ölçüsü :

Saytın rəngi :

Ekoloji İnformasiya İctimai Birliyi Ağdaşda fermerlər üçün ekoseminar keçirib.

10 iyul 2024 | 16:10

İctimai Birlik tərəfindən iyulun 9-da ağdaşlı fermerlər üçün ekoseminar təşkil edilib. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən  “Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq” layihəsinin icra planına uyğun olaraq keçirilən ekoseminarda 40 nəfər ağdaşlı fermerlərə mövzu ilə bağlı geniş və ətraflı məlumat verilib. Ağdaş rayon İcra Hakimiyyətində keçirilən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Xanmusa Əhmədov layihənin icrasının aktuallığından bəhs edərək bildirib ki, son illər ölkəmizdə ekoloji təmiz kənd təsərrüfatı məhsul  istehsalı  ilə bağlı  mükəmməl qanunvericilik bazası  yaradılıb.  Ekoseminarda çıxış edən layihə rəhbəri Musa Muradlı əvvəlcə rayon İcra Hakimiyyətinin rəhbərliyinə səmimi qarşılandıqlarına və seminarın təşkilində göstərilən dəstəyə görə təşəkkürünü bildirmiş, fermerlərin ekoseminarda fəal iştirakını yüksək qiymətləndirmişdir. O, daha sonra qeyd edib ki, layihənin icrasının əsas məqsədi fermerləri maarifləndirilməsinə hədəflənib.  Qeyd olunub ki, həyata keçirilən layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü ilin qrant müsabiqəsində qalib elan olunub. Layihənin eksperti, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev çıxış edərək ekoloji təmiz məhsul istehsalının mahiyyətinə aydınlıq gətirib. Ekspert fermerlərlə görüşdə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsində aqrotexniki qaydalardan, bitkilərin yetişdirilməsində uyğun gübrələrin istifadəsindən söhbət açaraq bildirib ki, qabaqcıl texnologiyaya malik Almaniyadan nümunələr gətirilməklə, bazara çıxarılan məhsulların keyfiyyətə nəzarətin artırılması vacib elementlərdən biridir. Tədbir boyunca fermerlərə dəftərxana ləvazimatları paylanılıb, ekoseminar çay süfrəsi ətrafında diskussiya şəraitində davam etdirilərək yekunlaşıb.  

Keçidlər