Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidinin ailəsinə bayram sovqatı təqdim olunub.

03 aprel 2024 | 17:24

3 aprel 2024-cü il tarixində Ağdaş Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Ramazan bayramı ilə əlaqədar rayonun Şəkili kəndindən olan, Aprel döyüşlərində qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan Ömər Məzahir oğlu Cəbrayılovun ailəsinə bayram sovqatı çatdırmış, onlara sağlam həyat, rifah və əmin-amanlıq arzulamışlar. Görüş zamanı şəhidin xatirəsi ehtiramla yad edilmiş, döyüşdə göstərdiyi qəhrəmanlıqdan söhbət açılmışdır. Qeyd edək ki, şəhid Ömər Cəbrayılov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.  Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər