Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təmizlik aksiyası keçirilib.

11 iyul 2024 | 15:13

Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar keçirilən kompleks tədbirlərin davamı olaraq 11 iyul 2024-cü il tarixdə Ağdaş Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional idarəsinin birgə təşkilatçılığı, eyni zamanda “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Türyançay Dövlət Təbiət qoruğu, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin iştirakı ilə rayonunun Yuxarı Qəsil kəndi ərazisində Türyançay çayının ətrafında təmizlik aksiyası keçirilib. “Təmiz ölkəm” şüarı altında keçirilən aksiyanın əsas məqsədi ətraf mühitin sağlamlaşdırılması, təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənmənin qarşısını almaq və bütün insanları ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir. Tədbir zamanı aksiya iştirakçıları tərəfindən ərazi plastik qablar və digər məişət tullantılarından təmizlənmiş, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilmişdir.

 

Keçidlər