Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda təmizlik aksiyası keçirilib.

31 avqust 2024 | 12:36

31 avqust 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, rayon İcra Hakimiyyətinin təşkilatçılığı, o cümlədən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi, rayonun yerli qurumlarının nümayəndələri və könüllülərin iştirakı ilə Qəsil kəndi (Türyançay çayının sağ sahili) ərazisində növbəti təmizlik aksiyası keçirilib. Tədbir iştirakçıları tərəfindən çay sahili boyunca pərakəndə səpələnmiş tullantılar, xüsusilə də, plastik, şüşə qablar və polietilen torbalar çeşidlənərək aidiyyəti üzrə zibil  poliqonuna daşınıb. Həmçinin iştirakçılar tərəfindən tullantıların düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri həyata keçirilib.

Keçidlər