Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhid İqbal Rzayevin ildönümü keçirilib.

21 sentyabr 2024 | 13:26

21 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ bölgəsində  keçirilən antiterror tədbirləri nəticəsində şəhadətə yüksələn Ağdaş şəhər sakini Rzayev İqbal İlham oğlunun anım mərasimi keçirilib.

Anım mərasimində rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyətin nümayəndələri iştirak edib.

Ehsan süfrəsi arxasında antiterror əməliyyatının gedişi zamanı şəhidlik zirvəsinə ucalan soydaşlarımızın şücaəti barədə söhbət açılıb, qazanılan möhtəşəm Qələbədə onların fədəkarlığının mühüm əhəmiyyətə malik olduğu bildirilib, xatirələri ehtiramla anılıb, ruhlarına  dualar oxunub.

Qeyd edək ki, şəhid İqbal Rzayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər