Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək mövzusunda tədbir keçirilib.

24 iyun 2024 | 18:05

24 iyun 2024-cü il tarixində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar “Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda tədbir keçirilib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi anılıb. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Tədbirdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Şirazi Qasımzadə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev və Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər. Çıxışlar zamanı narkomaniya ilə mübarizədə maarifləndirmə işinin əhəmiyyəti qeyd olunub, yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq üçün təbliğat işlərinin önəmindən bəhs edilib. Tədbir interaktiv formada davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər