Ağdaşda Milli Qurtuluş Günü qeyd olunub.
14 iyun 2024-cü il tarixində rayon İcra Hakimiyyətində Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə açıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin düşdüyü ağır siyasi böhrandan çıxarılması kimi çətin bir işin öhdəsindən məharətlə gələn ulu öndərimiz xilaskarlıq missiyasını 1993-2003-cü illərdə uğurla başa çatdırdı. Ulu öndərimizin xilaskarlıq missiyasını şərtləndirən əsas amillərdən biri də dövlətin ali rəhbərliyini, Azərbaycan xalqının taleyini gücünə və bacarığına etibar etdiyi ən yaxın silahdaşı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tapşırması idi. Azərbaycan xalqının möhkəm etibarını qazanmış hörmətli Prezidentimiz nəinki ümummilli liderimizin etimadını doğrultdu, eyni zamanda müstəqil Azərbaycanın iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətləri ilə öncül sıralarda dayanmasına nail oldu. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsi qurtuluşdan başlanan zəfərin məntiqi sonluğu kimi dəyərləndirilməlidir. Ulu öndərin bizlərə miras qoyub getdiyi müstəqil Azərbaycan onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda inamla və ilhamla gələcəyə doğru gedir.