Ağdaşda Milli Mətbuat Günü qeyd edildi.
22 iyul 2024-cü il tarixdə Heydər Əliyev Mərkəzində Milli Mətbuat Günü münasibətilə ictimaiyyətin nümayəndələri, mətbuat işçilərinin bir qrupunun iştirakı ilə tədbir keçirildi. Çıxışlarda qeyd olunub ki, 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qəzeti az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Bildirilib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması dövlət başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir. KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının mühüm göstəricisidir. Tədbir iştirakçıları uzun illər boyu çoxtirajlı “Ağdaş” qəzetinin kollektivinin rayonda milli mətbuatın ənənələrinə sadiqliyini qeyd edərək, doğma qəzetin 90 ildən artıq dövr ərzində rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən proseslərdə fəal iştirak etdiyi, bölgədə baş verən dəyişikliklərin layiqincə işıqlandırdığını diqqətə çatdırmışlar. Veteran jurnalist Tofiq İsayev rayonda mətbuat sahəsində uzun müddət səmərəli fəaliyyətinə görə rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edildi
Sonda xatirə şəkli çəkdirilib.