Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı sahiblərinə təqdim edildi.

19 mart 2024 | 17:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi rayonumuzda da silsilə tədbirlərlə qeyd olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir. Təltif olunanların siyahısında Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, əməkdar müəllim, “Tərəqqi” medallı, hazırda təqaüddə olan Tənzilə Şıxıyeva, uzun illər rayonun sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirak edən Qalib Həsənov və Tariyel Günəşov da yer alıblar. 19 mart 2024-cü il tarixində rayon İcra Hakimiyyətində keçirilən təqdimat mərasimində çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən söhbət açıb və təltif olunan şəxsləri təbrik edib. Təltif olunan ziyalılar Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə ediblər.
Sonda xatirə şəkili çəkilib.
Təbrik edirik!
Keçidlər