Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Hər kəs üçün Yaşıl Dünya” adlı inklüziv festival keçirilib.

08 iyun 2024 | 11:13

7 iyun 2024-cü il tarixində Ağdaş şəhər Heydər Parkı və Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Ağdaş Rayon İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Hər kəs üçün Yaşıl Dünya” adlı inklüziv festival keçirilib. Festivalda rayon İcra Hakimiyyəti başçısının müavinləri Əli Kərimov və Aynur Novruzova, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, əlilliyi olan digər şəxslər, səyyar sosial-məişət xidməti göstərilən ahıllar, Agentliyin sifarişi əsasında Ağdaşda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinin xidmətlərinə cəlb edilən uşaqlar iştirak edib. Festivalda milli adət-ənənələrimizi əks etdirən nümunələrə baxış keçirilib. Qonaqlar, muzey eksponatları, həmçinin əlilliyi olan şəxslərin və rayonun yaradıcı şəxslərinin əl işlərinin və rəsmlərin nümayiş olunduğu sərgilərlə tanış olublar. Sənətkarlıq növləri üzrə masterklaslar da (keramika, ebru sənəti, dulusçuluq sənət növü) təşkil edilib. Uşaqlar üçün yaradılan əyləncə zonası, kəndirbazların və paralimpiyaçıların çıxışları tədbirə rəngarənglik qatıb. Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri və hazırda orada peşə öyrənən gənclər də hazırladıqları əl işlərini (tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, rəssamlıq və s.) nümayiş etdiriblər. 
Sonda əlilliyi olan şəxslərin, müharibə iştirakçılarının və musiqiçilərin ifasında musiqi və rəqs nümunələri təqdim edilib.

Keçidlər