Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda ekoloji maarifləndirmə tədbiri keçirildi.

25 sentyabr 2024 | 17:16

Sentyabr ayının 25-də Ağdaş rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun və Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastırının və monitorinqinin aparılması Qaydası”nın tələblərinə həsr edilmiş ekoloji maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı idarəsi Ağdaş Elektrik Şəbəkəsi, Zaqatala Regional Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsi, Ağdaş rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi və torpaq sahələrində yaşıllıqları olan digər təsərrüfat subyektlərinin nümayəndələri iştirak etmişdir.

Keçidlər