Ağdaşda dövlət qulluqçularının peşə bayramı qeyd olunub.
22 iyun 2024-cü il tarixində rayonda dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib. Rayonun yerli icra strukturları, idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları əvvəlcə ümummlili lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, ulu öndərin xatirəsini böyük ehtiramla yad ediblər. Tədbir Heydər Əliyev Mərkəzinin önündə davam etdirilib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qulluqçularının peşə bayramının təsis edilməsi haqqında imzaladığı sərəncam mühüm əhəmiyyət daşıyır. Müasir dövlət qulluğu dövlət idarəetmə kadrlarının fəaliyyətindən ibarətdir. Dövlət qulluqçuları ölkədə sabitliyi təmin edən, eyni zamanda baş verən dəyişikliklərə uyğunlaşan çevik və səmərəli dövlət mexanizminin əsasını təşkil edirlər.
Sonda xatirə şəkli çəkdirilib.