Ağdaşda Dövlət İmtahan Mərkəzi tərəfindən təlimlər keçirilib.
10 oktyabr 2024 | 10:26
8-10 oktyabr 2024-cü il tarixlərində rayon İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə”, “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” və “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlimlər keçirilib.
Diskussiya şəraitində keçirilən təlimlərdə rayonun yerli icra strukturlarında çalışan dövlət qulluqçuları iştirak edib, təqdim olunan mövzular üzrə müzakirələr aparılıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən rayonda “Dövlət Qulluğu” haqqında Qanunun müvafiq müddəalarına həsr olunan 3 günlük təlimlər başa çatdırılıb.