Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Aprel şəhidinin xatirəsi yad edildi.

05 aprel 2024 | 17:57

5 aprel 2024-cü il tarixində rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman  sektorunun birgə təşkilatçılığı ilə Aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan, rayonun Şəkili kəndindən olan Cəbrayılov Ömər Məzahir oğlunun məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuşdur. Sonra şəhidin ailəsinə baş çəkilmiş, xatirəsi ehtiramla yad edilmişdir. Görüş zamanı bildirilib ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərməklə, böyük zəfərin başlanğıcı oldu. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıq hisslərini ifadə edib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər