Ağdaşda 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilən antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan həmyerlilərimizin 40 mərasimləri keçirilib.
30 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ bölgəsində keçirilən antiterror tədbirləri nəticəsində şəhadətə yüksələn Ağdaş şəhər sakini Rzayev İqbal İlham oğlunun və Qarağan Şıxlar kənd sakini Mehdiyev Süleyman Mənsur oğlunun xatirələrinin anılması məqsədilə 40 mərasimləri keçirilib. Anım tədbirlərdə rayon İcra Hakimiyyəti başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib. Tədbirlərdə 24 saata yaxın müddət ərzində antiterror əməliyyatının gedişi zamanı şəhidlik zirvəsinə ucalan soydaşlarımızın şücaəti barədə söhbət açılıb, qazanılan möhtəşəm Qələbədə onların fədəkarlığının mühüm əhəmiyyətə malik olduğu bildirilib. Mərasimlərdə şəhidlərin şərəfli döyüş yolundan söhbət açılıb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.