Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 12 noyabr 2023-cü il tarixində Vətən Müharibəsi şəhidinin ildönümü anılıb.

13 noyabr 2023 | 12:45

12 noyabr 2023-cü il tarixində Ağdaş şəhərində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fərhadov Cəlaləddin Elxan oğlunun şəhadətə yüksəlməsinin üçüncü ildönümü ilə bağlı ailəsi ziyarət olunub. Anım tədbirində rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Kərimov, YAP Ağdaş rayon təşkilatının nümayəndəsi İsa Eminov, Milli Məclisə 90 saylı seçki dairəsindən seçilmiş deputatın köməkçisi Rəhman Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşı Şahlar Usubəliyev, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib. Tədbir zamanı şəhidin şərəfli döyüş yolundan söhbət açılıb, xatirəsi anılıb, ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 
 
 
 
 
 
 
 
Keçidlər