Ağdaş şəhərində təmizlik və abadlıq işləri davam etdirilir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısı vəzifəsini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə açaraq son günlər ərzində şəhərdə aparılan abadlıq və təmizlik işlərinin gedişi barədə məlumat verərək bildirmişdir ki, həyata keçirilən tədbirlər çərçivəsində Heydər Əliyev prospekti və M.İsayev küçələri boyunca antisanitariya vəziyyəti yaradan halların aradan qaldırılması məqsədilə yerli strukturlar tam səfərbər olunmuşdur.
Şəhərin əsas küçələri boyunca yerləşən təhsil, səhiyyə və mədəniyyət müəssisələri ətrafında təmizlik və abadlıq işlərini sürətləndirilməsi, yaşıllıqların qorunması və bərpası üçün əlavə tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac yaranmışdır.
Tədbir boyunca təkliflər dinlənilmiş, aidiyyəti qurumlara müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.