Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda qadına qarşı zorakılıq və sosial ədalət, tədqiqat və maarifləndirmə işinə həsr olunan tədbir keçirilib.

25 avqust 2023 | 16:37

25 avqust 2023-cü il tarixində rayonda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən “Qadına qarşı zorakılıq və sosial ədalət, tədqiqat işi və maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində tədbir keçirilib. Layihənin əsas məqsədi qadına qarşı zorakılığın başvermə səbəbləri barədə tədqiqat işlərinin aparılması, təhlili və zorakılığın qarşısının alınmasının çıxış yolları, eyni zamanda sosial ədalətin bərqərar olunması haqqında ictimaiyyətin məlumatlandırılmasıdır. Tədbirdə sosial çarx nümayiş olunub, iştirakçılar tərəfindən disskusiya şəklində geniş müzakirələr aparılıb. Tədbirin işində Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova sualları cavablandırıb. Sonda iştirakçılara məlumatlandırıcı kitabçalar paylanılıb.

 

 

Keçidlər