Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda 27 sentyabr-Anım Günü qeyd olundu.

27 sentyabr 2024 | 14:52

27 sentyabr 2024-cü il tarixində Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların əməkdaşları, şəhid ailələri və müharibə veteranları iştirak edirdi. Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən, rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etmiş, bu tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm rola malik olduğunu diqqətə çatdırmışdır. Çıxış edənlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edən şəhidlərin xatirəsinin hər il yüksək səviyyədə anılmasına görə dövlət başçısına öz minnətdarlıq hisslərini ifadə etmişlər. Tədbir iştirakçıları tərəfindən şəhid məzarlarının və xatirə lövhələrinin qarşısına gül-çiçək dəstələri düzülmüşdür. Gün ərzində bina və eyvanlardan, həmçinin idarə, müəssisə və təşkilatların inzibati binalarından Dövlət Bayrağı asılmış, saat 12:00-da rayon mərkəzində avtomobillərin səs siqnalları vasitəsilə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Həmin gün “Ağ saray” şadlıq evində şəhidlərin xatirəsinə ehsan süfrəsi açılmış, ruhlarına dualar oxunmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər