Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaranmasının 19-cu ildönümü qeyd edildi

04 fevral 2014 | 11:00

29 yanvar 2014-cü il tarixində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranmasının 19 ili tamam olur. Bu münasibətlə 18-29 yanvar tarixlərində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında müxtəlif tədbirlər və görüşlər keçirilmişdir.
Bu gün tədbirlərin yekunu olaraq  rayon təşkilatı Şurasının üzvləri və bir qrup partiya fəalı şəhərin Heydər parkında ucalan partiyamızın qurucusu, umummilli liderimiz Heydər Əliyevin abidə-kompleksi önünə gələrək dahi rəhbərin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə tər gül dəstələri düzmüş, abidə önündə xatirə şəkili çəkdirmişlər.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxmış, fikir mübadiləsi aparmış, ulu öndərin Ağdaş rayonuna səfərləri zamanı keçirilən görüş və tədbirlərdə iştirak edən partiya fəalları öz xatirələrini söyləmişlər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa arxasında keçirilən yığıncaqla davam etmişdir. Yığıncağı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov açmış, yığıncaq iştirakçılarını təbrik etmiş və 19 il ərzində rayon təşkilatının keçdiyi yoldan danışmışdır. Çıxış edənlər yaradıcısı ümummilli liderimiz Heydər Əliyev, sədri möhtərəm Prezidentimiz cənab İlham Əliyev olan Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduqlarını bildirmiş, rayon təşkilatının 16 minə yaxın üzvü adından bəyan etmişlər ki, hər zaman dövlətimizin və partiyamızın həyata keçirdiyi siyasəti dəstəkləyəcək, görülmüş və görüləcək işlərin fəal təbliğatçıları olacaqlar.

Keçidlər