Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü

01 noyabr 2012 | 11:00

31 oktyabr 2012-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü Ağdaş rayonunda geniş qeyd olunmuşdur. Əvvəlcə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı İdarə heyətinin üzvləri və qonaqlar şəhərin Heydər Əliyev parkında ucalan ümummilli liderimizin abidəsini ziyarət etmişlər. Sonra tədbir Habil Əliyev adına Ağdaş musiqi məktəbində təntənəli yığıncaqla davam etmişdir. Yığıncağı Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov açmış, Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir. Yığıncaqda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, millət vəkili, Milli Məclisin İqtisadi Siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev və Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov iştirak etmişlər. Cavid Osmanov “Yeni Azərbaycan Partiyası - 20 il” mövzusunda məruzə etmişdir. Yeni Azərbaycan Partiyası Qadınlar Şurası Ağdaş rayon təşkilatının sədri Tənzilə Şıxıyeva, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ağdaş rayon təşkilatının sədri Anar Şahmuradov və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Şurasının üzvü, Dəhnəxəlil ərazi ilk partiya təşkilatının sədri Əlican Mahmudov çıxış etmişlər. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Ağdaş rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının İdarə heyətinin üzvü Tofiq İbrahimov yığıncaq iştirakçılarını təbrik etmişlər. Partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri və partiyanın rayon təşkilatındakı fəaliyyətinə görə bir qrup partiya fəalına Fəxri fərmanlar təqdim olunmuşdur. Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunmuşdur.

Keçidlər