Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Müstəqilliyi Günü qeyd edildi

19 oktyabr 2012 | 10:00

18 oktyabr 2012-ci il tarixdə Ağdaş rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 21-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilmişdir. İlk öncə rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova açaraq məruzə ilə çıxış etmişdir. Tədbirdə çıxış edənlər qeyd etdilər ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Keçən dövr sübut etdi ki, dövlət müstəqilliyimiz əbədidir, dönməzdir və daimidir.

Keçidlər