Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Beynəlxalq Müəllim Günü qeyd edildi

06 oktyabr 2012 | 10:00

05 oktyabr 2012-ci il tarixdə saat 11:00 –da Ağdaş şəhəri “ Ay İşığı“ şadlıq sarayında 05 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir olmuşdur. İlk öncə tədbir iştirakçıları Heydər Parkında Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər. Tədbir “ Ay İşığı “ şadlıq sarayında davam etdirilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Cavid Osmanov Rayon rəhbərliyi adından tədbir iştirakçılarını salamladı və bütün müəllimləri bayram günü münasibəti ilə təbrik etdi, onlara gələcək işlərində uğurlar, nailiyyətlər arzuladı və ölkə rəhbərliyinin təhsilə olan diqqət və qayğısından danışıldı. Tədbirdə çıxış edən Təhsil şöbəsinin müdiri Lütvü Paşayev 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərarın ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verildiyini qeyd edərək, ölkəmizdə Müəllimlər Gününün 2000-ci ildən etibarən keçirildiyini vurğuladı. Hazırda dünyanın 100-dən çox ölkəsində bu tarixi günün qeyd olunduğunu bildirən natiqlər rayonun təhsil sahəsində 2012-ci ildə ötən ildən uğurlu nəticələr qazanılması barədə danışdılar.
Tədbirdə 2011-2012-ci tədris ilində fərqlənən bir qrup müəllimə və qocaman pedoqoji işçilərə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı verilmişdir.
330 nəfərin iştirakı ilə keçirilən bayram tədbiri ssenari əsasında hazırlanmış ədəbi-bədii kompozisiyalı konsert proqramı ilə yekunlaşmışdır.
 

Keçidlər