Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr 2012-ci il tarixdə “Bilik günü” münasibətilə Ağdaş rayonunda 3 yeni ümumtəhsil məktəbinin açılışı olmuşdur

16 sentyabr 2012 | 10:00

Təhsil Nazirliyinin sifarişi əsasında Dünya bankının vəsaiti hesabına “Gənclik-İnşaat” MMC tərəfindən əsaslı təmir edilmiş 500 şagird yerlik Ağdaş şəhər S.Vurğun adına 1 saylı tam orta məktəbin açılış mərasimi keçirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq İbrahimov təbrik nitqi söyləmiş, ölkə rəhbərliyi səviyyəsində təhsilə göstərilən dövlət qayğısından bəhs edərək, belə gözəl şəraiti olan məktəblərin şagirdlərindən gözəl nəticələr gözlədiyini vurğulamışdır. Lisey kimi fəaliyyət göstərən məktəbin müəllim və pedaqoji kollektivinə yeni tədris ili münasibətilə uğurlar arzulamış, ilk zəng çalındıqdan sonra məktəbin sinif otaqlarına, fənn kabinetlərinə və idman zalına baxış keçirilmişdir.
Eyni zamanda Təhsil nazirliyinin sifarişi əsasında Mingəçevir “Qızılqum” müəssisəsi tərəfindən dövlət büdcəsi vəsaiti hesabına tikilmiş 220 şagird yerlik Abad kənd tam orta məktəbin və Ağdaş rayon İcra Hakimiyyətinin sifarişi əsasında “Qafqaz Tikinti LTD” MMC tərəfindən inşa olunan 80 şagird yerlik Ovçulu kənd ümumi orta məktəbinin açılış mərasimləri keçirilərək şagirdlərin istifadəsinə verilmişdir.
 

Keçidlər