Şriftin ölçüsü :

Saytın rəngi :

“Olimpiya yol yürüşü” nün növbəti dayanacağı Ağdaş rayonu olmuşdur

19 iyun 2012 | 10:00

Azərbaycan Respublikasının Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin 2012-ci ilin “İdman ili” elan edilməsi barədə sərəncamı, eyni zamanda bu il Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr edilmiş Olimpiya Yol Yürüşü layihəsi çərçivəsində Ağdaş rayonunda 18 iyun 2012-ci il tarixdə “Heydər parkı”nda 2000 nəfərin iştirakı ilə idman bayramı keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov idmançıları və rayon ictimaiyyət nümayəndələrini rayon rəhbərliyi adından təbrik etmişdir. Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli Olimpiya Komitəsinin məsləhətçisi Mehman Kərimov, Procter & Gamble şirkətinin nümayəndəsi Fərid Əlizadə iştirak və çıxış etmişlər. İdmanın müxtəlif növləri üzrə fərqlənən bir qrup idmançılara mükafatlar təqdim olunmuşdur. Tədbir konsert proqramı ilə yekunlaşmışdır.

Keçidlər