Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun Milli Qurtuluş günüdür

15 iyun 2012 | 10:00

Ağdaş rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq “15 iyun Milli Qurtuluş günü” münasibətilə rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və yerli icra orqanları strukturlarında silsilə tədbirlər keçirilmişdir. 14 iyun 2012-ci il tarixdə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət olunaraq gül dəstələri qoyulmuş, ümummilli liderin xatirəsi anılmışdır. Dahi şəxsiyyətin adını daşıyan şəhər parkında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı verilmişdir. Konsertdə 10000 nəfərədən artıq rayon sakinləri iştirak etmişlər. Konsert proqramı atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər