Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir
Ümummilli liderimizin anadan olmasının 89-cu ildönümünü münasibətilə mayın 10-da rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Ulu öndərin abidə kompleksi önünə gül dəstələri qoyulmuş, Heydər Əliyev mərkəzi ziyarət olunmuşdur. Tədbir musiqi məktəbinin iclas zalında davam etdirilmişdir. Azərbaycanın Dövlət Himni səsləndirilmiş, Ümummilli liderimizin həyat salnaməsindən bəhs edən film nümayiş etdirilmiş və məruzə olunmuşdur. Çıxış edənlər xatirələrini söyləmişlər. Rayon İcra Hakimiyyəti başçısı Cənab Tofiq İbrahimov yekun nitqi söyləmiş və Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş partiya üzvlərinə, o cümlədən 14 mininci üzvünə vəsiqələr təqdim etmişdir. Tədbirlərdə 10 minə yaxın iştirakçı olmuşdur.