Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Olimpiya İdman Kompleksində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş Yeniyetmələrin VII Ümumrayon Spartakiadasına start verilmişdir

02 may 2012 | 10:00

1 May 2012-ci il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı Ağdaş Olimpiya İdman Kompleksində yeniyetmələrin VII ümumrayon spartakiadasının açılış mərasimi keçirilmişdir. Rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan yeniyetmələrin VII ümumrayon spartakiadası bu gün start götürür və spartakiada mayın 1-dən 9-dək kimi davam edəcək. Komandalar idmanın 14 növü üzrə yarışacaqlar. Rayon icra hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov çıxış edərək tədbir iştirakçılarını rayon icra hakimiyyətinin başçısı adından salamladı və ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə yarış iştirakçılarını təbrik etdi. Azərbaycanın Dövlət Himni səslənmiş və Dövlət bayrağı qaldırılmışdır. Tədbirdə Respublika Gənclər və İdman Nazirliyinin sektor müdiri Tofiq Eyvazov iştirak və çıxış etmişdir. Spartakiadanın rəsmi hissəsi qurtardıqdan sonra yarışlar başlanmışdır. 10 may 2012-ci il tarixdə spartakiadaya yekun vurulacaq və qaliblər mükafatlandırılacaq. VII ümumrayon spartakiadasının açılış mərasimi Respublika televiziya kanallarında nümayiş etdiriləcək. Spartakiadanın bağlanışı və qaliblərin mükafatlandırılması 9 may 2012-ci il tarixdə Heydər parkında keçiriləcəkdir.

Keçidlər